>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Trend-in məlumatına görə, İran KİV-ləri həlak olanlarda 3 nəfərin polis əməkdaşı olması barədə bildiriblər.

Məlumata görə, hadisələrlə bağlı saxlanılanlarında olduğu bildirilir. Saxlanılanların sayı təxminən 300 nəfər qeyd edilib.

Qeyd edək ki, ötən gün polis sufi cərəyanının nümayəndisinin həbsinə qarşı çıxış edən etirazçıları dağıtdıqdan sonra polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Həmin vaxt naməlum şəxs avtobusu kütlənin üstünə sürüb.