>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Çində zibil məntəqəsində yanğın - 9 ölü

Çində zibil məntəqəsində yanğın - 9 ölü
Çinin cənubundakı Quandun əyalətində zibil toplama məntəqəsində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

Yanğının qəsdən törədildiyi ehtimalları var.

Polis yanğın faktı ilə bağlı bir neçə şübhəlinin saxlandığı barədə məlumat verib. Araşdırma davam edir.