>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Netanyahu: "Həyatım boyunca 15 dəfə sorguya çəkildim, hər dəfə haqlı çıxdım"

Netanyahu: "Həyatım boyunca 15 dəfə sorguya çəkildim, hər dəfə haqlı çıxdım"

Moderator.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netenyahu polisin ona gönəldilmiş korrupsiya iddialarına cavab olaraq, bunun yalan olduğunu və gerçəyin ortaya çıxacağını deyərək münasibət bildirib. Belə ki, polis Netenyahunu fərqli zamanlarda rüşvət alma, yalançılıq və vəzifədən sui-istifadə etməsilə suçlayıb.

Netenyahu iki dəfə baş nazir vəzifəsinə seçilib və artıq 12 ildir vəzifədədir. 68 yaşlı baş nazir dünən İsrail televiziyasına verdiyi açıqlamada "həyatım boyunca 15 dəfə sorguya çəkildim, hər dəfə haqlı çıxdım, indi də belə olacaq" deyib.

Məlumat üçün bildirək ki, iddialardan biri Netenyahunun "Yediot Aharonot" qəzetinə özü haqqında müsbət yazılar yazması müqabilində qəzetin rəqibini sıxışdıracağına söz verməsidir. İkinci iddia isə Hollivud produseri Armon Milchan və digər dəstəkçilərindən ən az 283 min dollar almasıdır. O bunu Milchana ABŞ-a viza almaq üçün kömək etmək müqabilində alıb.


Təbii ki, Netenyahu kimi digər tərəflər də ittihamları rədd edib. Çünki, deyilənlər sübut olunarsa, onları da məsuliyyət gözləyir. İsrailin Ədalət naziri isə Netenyahunun istefa məsələsinə münasibət bildirirək, buna məcbur olmadığını deyib.

Qeyd edək ki, İsraildə növbəti seçkilər 2019-cu ilin noyabrında keçiriləcək.