>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Netanyahunun sonu: ABŞ-dan açıqlama

Netanyahunun sonu: ABŞ-dan açıqlama
ABŞ Dövlət Departamenti İsrail baş naziri Benyamin Netanyahunun rüşvət alması və vəzifəsindən sui-istifadə etməsi məsələsinə münasibət bildirib.

Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, bununla bağlı Departamentin sözçüsü Hizer Noyert danışıb.

O bildirib ki, Netanyahu ilə bağlı iddialar İsrailin daxili işidir:

“ABŞ-ın tək Netanyahu ilə deyil, bütün İsrail hökuməti ilə yaxşı əlaqələri var. Məsələni yaxından izləyirik”.

Qeyd edək ki, İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahunun rüşvət aldığı, korrupsiyaya bulaşdığı və səlahiyyətlərindən sui-istifadə etdiyinə dair yetərli sübutlar toplandığını bəyan edib.