>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusiyada prezident seçkilərində xarici müşahidəçilərin sayı rekord həddə çatıb

Rusiyada prezident seçkilərində xarici müşahidəçilərin sayı rekord həddə çatıb
Rusiyada martın 18-də keçiriləcək prezident seçkilərini izləyəcək əcnəbi müşahidəçilərin sayı rekord həddə çatıb.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" bildirib.

Rusiyanın diplomatik dairələrindəki iki mənbə jurnalistlərə bildirib ki, bu ölkənin dövlət başçısı seçkilərini 1500 əcnəbi müşahidəçi izləyəcək. Seçkilərə marağın çox olmasını Rusiyanın Mərkəzi Seçki Komissiyasında da təsdiqləyiblər. Komissiyadan bildirilib ki, əgər xarici müşahidəçilərin sayı akkreditasiya sorğularındakı kimi çox olsa, əcnəbi müşahidəçilərin sayı ilkin proqnozlardan çox olacaq.

Rusiya parlamentinin aşağı palatasında da seçkiləri izləmək üçün 1500 xarici qonağın gəlişini tam real adlandırıblar.