>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Venesuelada karnaval atəşə tutuldu: ölənlər var

Venesuelada karnaval atəşə tutuldu: ölənlər var
Venesuelanın Bolivar ştatında karnaval yürüşü naməlum şəxs tərəfindən atəşə tutulub.

Trend-in verdiyi xəbərə görə, hadisə El-Kalyao bələdiyyəsində baş verib.

İnsident nəticəsində 3 nəfərin həlak olduğu, daha 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar xəstaxanaya yerləşdirilib. Cinayətkarı yaxalamaq hələlik mümkün olmayıb.