>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İsrail Suriyada İran qüvvələrinə qarşı hücumları davam etdirəcək –Netanyahu

İsrail Suriyada İran qüvvələrinə qarşı hücumları davam etdirəcək –Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, onun ölkəsi Suriya daxilndəki Suriya və İran qüvvələrinə ağır zərbələr endirməkdə davam edəcək.

Nazirlər Kabinetinin yığncağında Netanyahu “Biz aydın şəkildə göstərdik ki, bizim siyasətimiz dəyişməyəcək və bizə zərər verməyə çalışan kər kəsə zərər verəcəyik” deyə, bildirib.

Suriyaya qarşı reydlər Suriyanın İsrailin F-16 qırıcı təyyarəsini vurub saldıqdan sonra başlayıb. Bu, 1982-ci ildən bəri İsrailin döyüşdə itirdiyi ilk təyyarə idi. İsrail ordusuna istinadən bildirilib ki, pilotlar vurularaq İsrail ərazisinə düşən təyyarədən çıxa bilıb. Pilotlardan birinin ağır, digərinin isə yüngül yaralandığı bildirilib.

İsrail Suriyadakı İran və Suriya komanda mərkəzləri və raketlərə qarşı müdafiə sistemlərinin olduğu yerlər də daxil edilməklə, onlarla hərbi obyektin hədəf alındığını bildirib. Israilin bir neçə rəsmisinin İran hərbi qüvvəlrərinin Suriyadakı əməliyyatlarda iştirak etdiyini demələrinə baxmayaraq Tehran bunu inkar edir. (Amerikanın Səsi)