>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Banka silahlı hücum olub - Bir nəfər yaralanıb

Banka silahlı hücum olub - Bir nəfər yaralanıb
Gürcüstanın Kutaisi şəhərində “Bank of Georgia” bankının filiallarından birinə silahlı hücum olub.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hücum edən şəxs bank filialının əməkdaşını odlu silahla yaralayıb. O, xəstəxanaya çatdırılıb.
Silahlı oğru bankdan müyyən məbləğdə pul götürərək hadisə yerindən qaça bilib.
Gürcüstanın Daxili İşlər Nazirliyi cinayətkarın saxlanılması istiqamətində istintaq tədbirləri həyata keçirir.