>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Meksikada daha bir jurnalist qətlə yetirilib

Meksikada daha bir jurnalist qətlə yetirilib
Meksikanın Tamaulipas ştatında dərc edilən “Diario de Nuevo Laredo” nəşrində çalışan jurnalist Karlos Dominqes qətlə yetirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, K.Domonqes şəxsi avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən öldürülüb. İnsident zamanı onun yanında qızının olduğu bildirilir. K.Dominqes siyasi mövzularda köşə yazılarının müəllifi olub.

Baş Prokurorluq araşdırmalara başlayıb.

Bir neçə gün əvvəl Meksikanın paytaxtında tanınmış jurnalist Xose Xerardo Martines qətlə yetirilib.



Qeyd edək ki, Meksikada 2017 il ərzində 12 jurnalist öldürülüb.