>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ-ın müdafiə büdcəsi müəyyənləşdi – 692.1 milyard dollar: 65.7 milyardı “müsəlman ovu”na sərf olunacaq

ABŞ-ın müdafiə büdcəsi müəyyənləşdi – 692.1 milyard dollar: 65.7 milyardı “müsəlman ovu”na sərf olunacaq
ABŞ prezidenti Donald Trump 2018-ci ilin hərbi büdcəsini təsdiqləyib.

Ovqat.com xəbər verir ki, ABŞ-ın gələn ilki hərbi büdcəsi 692.1 milyard olacaq.

Bu sənədə görə, hərbi büdcənin 626.4 milyard dolları ümumi müdafiə xərclərinə, 65.7 milyardı isə xarici əməliyyatlara ayrılıb. Başqa sözlə desək, ABŞ Yaxın Şərq və Mərkəzi Asiyada gələn il də xeyli qan tökməyə hazırlaşır.

Büdcə layihəsində bu qanlı niyyətin həyata keçiriləcəyini təsdiqləyən bəzi məqamlar da diqqəti cəlb edir. Məsələn, sənəddə 2018-ci ildə ABŞ ordusuna əlavə 20 min əsgərin cəlb olunacağı göstərilir.

Lahiyədə, həmçinin, xarici əməliyyatlara nüvə silahı və raket istehsalı kimi hərbi strateji məqsədlərdən dəfələrlə çox kapital ayrılması nəzərdə tutulub. Məlumata görə, raket-müdafiə ehtiyaclarına 4.4 milyard, nüvə silahı faəliyyətlərinə isə 10.37 milyard dollar ayrılıb. Hər iki məqsəd üçün ayrılan vəsaitin toplamda 14.77 milyard dollara yaxın olduğu nəzərə alsaq, bu məbləğin xarici əməliyyatlar üçün çəkiləcək xərclərdən (65.7 milyard dollar) 4.5 dəfə çox olduğu ortaya çıxır.

2018-ci ildə ABŞ-ın xarici hərbi əməliyyatlarının əsasən Əfqanıstana yönələcəyi də müdafiə büdcəsindən aydın olur: büdcə layihəsində Əfqanıstan əməliyyatları üçün ayrılan vəsaitdə ciddi artım nəzərə çarpır.

Büdcə layihəsində təyyarə, gəmi və digər hərbi texnikaların alınmasına ayrılmış vəsaitdə də ötən illə müqayisədə xeyli artım müşahidə olunur.

Ümumilikdə, ABŞ-ın gələn ilki hərbi büdcəsinə bu illə müqayisədə 74 milyard dollar çox vəsait ayrılıb.