>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Fələstin səfərbərlik elan etdi

Fələstin səfərbərlik elan etdi
Fələstinin əsas partiyası FƏTH-in ( Fələstin Azadlıq Təşkilatı Hərəkatı) hərbiləşdirilmiş dəstələrindən biri işğal edilmiş ərəb ərazilərində öz tərəfdarlarının ümumi səfərbərliyini elan edib.


Virtualaz.org “Youm” qəzetinə istinadən bildirir ki, İordan çayının Qərb sahilində yayılan bəyanatda belə deyilir.

Hərəkatin döyüş qruplaşmalarının nümayəndələri "işğal edilmiş bütün Fələstin torpaqlarındakı şəhər və kəndlərdə İsrail işğalçılarına qarşı ümumi səfərbərliyə və müqavimətə" çağırıblar. Bəyanatda tərəfdarların ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə cavab olaraq "müqavimətin bütün qanuni, həmçinin silahlı metodlarından istifadəyə hazır olduğu” göstərilib. "Fələstin xalqı torpaqda müəyyən edəcək və öz qanı ilə yazacaq ki, Qüds Fələstinin paytaxtıdır", - deyə bəyanatda vurğulanıb.

FƏTH-in hərbiləşdirilmiş qanadı həmçinin Hərəkatdan tələb edib ki, İsrail Dövlətinin tanınması haqda öz bəyanatını geri çağırsın və "İsrail hakimiyyətinin nümayəndələri ilə bütün mövcud əlaqələrə son versin”.