>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İ​srail hərbçiləri ilə fələstinlilər arasında toqquşma - YARALILAR VAR

İ​srail hərbçiləri ilə fələstinlilər arasında toqquşma - YARALILAR VAR
ABŞ prezidenti Donald Trampın qərarına etiraz edən fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma nəticəsində 16 nəfər xəsarət alıb.
Muxalifət.az xəbər verir ki, Fələstinin Ramallah və Beytüllahim şəhərələrində etiraz aksiyası keçirilib.
İordan çayının qərb sahilində etiraz aksiyasının 14 iştirakçısı hərbçilərin nümayişçilərə qarşı istifadə etdiyi gözyaşardıcı qazdan zəhərlənib, daha iki nəfər isə atılan plastik güllədən zədələnib.
Qeyd edək ki, “Həmas” lideri İsmayıl Həniyə ABŞ prezidentinin qərarına etiraz olaraq ikinci “intifada”nın, üsyanın başladığını elan edib. İsrail hakimiyyəti İordan çayının qərb sahilindəki hərbçilərinin sayını artırıb.