>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Tezliklə bütün dünyada eşidiləcək o sirli səs nədir? - Video

Tezliklə bütün dünyada eşidiləcək o sirli səs nədir? - Video
Yaxın aylarda dünyanın əksər hissələrində, əsasən də ABŞ-da güclü partlayışı xatırladan sirli səs eşidiləcək.

Teleqraf.com xəbər verir ki, fövqəltəbii olayları araşdıran mütəxəssislər 64 belə hadisə qyedə alsalar da, onun daha çox olduğunu hesab edirlər. Hələ ki, bu sirli səslərin təbiətini müəyyənləşdirmək kimsəyə müyəssər olmayıb.

Sözügedən izaholunmaz səs Amerikada, Suriya, Finlandiya, Avstraliya, Böyük Britaniya, Yeni Zellandiya, Kanada, Qazaxıstan və dünyanın bir sıra başqa ölkələrində qeydə alınıb.

Konspiroloqlar bununla bağlı, öz düşüncələrinə görə, bir neçə inandırıcı nəzəriyyə irəli sürürlər. Onlardan birinə əsasən, gizli dünya hökuməti Yerin müxtəlif nöqtələrində hansısa ultramüasir, ola da bilsin hansısa iqlim silahını sınaqdan keçirir.

Ufoloqların rəyinə görə, hər şeyin səbəbkarı yadplanetlilərdir və istisna edilmir ki, aqressiv yerdənkənar sivilizasiya nümayəndələri tezliklə Yerə hücum edəcəklər.

Nəhayət, bəzi kriptozooloqlar isə, belə bir hipoteza irəli sürüblər ki, hardasa Yerin dərinliklərində qədim nəhəng əjdaha oyanmağa başlayır.
Bütün bunlardan daha inandırıcı, ancaq heç də az qorxulu olmayan ehtimal ondan ibarətdir ki, bütün planeti gəzən bu sirli səsin səbəbi Yerin qütblərini dəyişməyə başlaması ilə bağlıdır. Bu haqda artıq xeyli vaxtdır ki, müstəqil araşdırmaçılar da fikirlər söyləyirlər.

Daha ətraflı bu haqda sənədli filmdə: