>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Brexit” Britaniyaya aviaşirkətlərinin Avropa ölkələrinə uçmaq hüququnu təhlükə altında qoyur

“Brexit” Britaniyaya aviaşirkətlərinin Avropa ölkələrinə uçmaq hüququnu təhlükə altında qoyur
“Brexit” danışıqlarının uğursuzluğu Böyük Britaniya aviaşirkətlərini hüquqlarını itirmə riski ilə qarşı-qarşıya qoya bilər.

Trend-in məlumatına görə, vahid bazarı tərk edəcəyi təqdirdə İngiltərə aviaşirkətlərinin Avropanın "tam liberallaşdırılmış" aviasiya bazarında mövcud uçuş hüquqlarını avtomatik şəkildə itirəcəyi bildirilir.

"EasyJet" və digər aviaşirkətlər potensial zərərdən yayınmaq məqsədilə artıq fəaliyyətə başlayıb.

Qeyd edək ki, Aİ-nin 27 üzv dövləti Aİ-Böyük Britaniya arasında aviasiya, balıqçılıq və tədqiqat modelləri ilə bağlı danışıqlara hazırlaşır.

Krallığın Maliyyə Nazirliyinin proqnozlarına görə, Britaniyanın Avropa İttifaqından çıxmaqla bağlı verdiyi qərar 15 il ərzində ölkə iqtisadiyyatına 47 milyard dollardan 81 milyard dollara qədər ziyan vura bilər.