>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ-ın Suriyadakı kontingentinin sayı 2 min nəfər təşkil edir

ABŞ-ın Suriyadakı kontingentinin sayı 2 min nəfər təşkil edir
ABŞ-ın Müdafiə Nazirliyi bazar ertəsi sayı əvvəlki 500 hərbçidən 4 dəfə çox olduğu ortaya çıxan Suriyadakı hərbi kontingetinin dəqiq neçə nəfərdən ibarət olduğunu açıqlaya bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü anonim mənbələrə istinadən "Reuters" məlumat yayıb.
Onlar müəyyən ediblər ki, söhbət Suriyaya əlavə qüvvə göndərməkdən getmir, idarənin başqa hesablama sistemi tətbiq etdikdən sonra açıqlaya biləcəyi dəqiq məlumatdan gedir.