>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ nüvə təhlükəsizliyinə dair yeni strategiyanı nəzərdən keçirib

ABŞ nüvə təhlükəsizliyinə dair yeni strategiyanı nəzərdən keçirib
ABŞ nüvə təhlükəsizliyinə dair yeni strategiyanı nəzərdən keçirib və nəticələrdən məmnun qalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə Şurasında kütləvi qırğın silahlarının yayılmaması məsələləri üzrə baş direktor Kristofer Ford bildirib.

“Biz bir müddət əvvəl nüvə təhlükəsizliyinə yanaşmalarımızın qiymətləndirilməsini başa çatdırdıq. Biz hələlik bu strategiyanı açıqlaya bimirik, lakin nəticələrdən məmnunuq”, - deyə o Hudson Institute-də konfransda çıxışı zamanı bildirib.

Kristofer Ford nüvə təhlükəsizliyinin Amerika administrasiyasının əsas vəzifələrindən biri olduğunu qeyd edib.