>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Demokratlar Konqresdə Trampın impiçmentini təklif edəcəklər

Demokratlar Konqresdə Trampın impiçmentini təklif edəcəklər
ABŞ Konqresindəki demokratlar qrupu çərşənbə günü yenidən prezident Donald Trampın impiçmenti təşəbbüsü ilə çıxış edəcəklər.
"Report" xəbər verir ki, bununla bağlı "Hill" nəşri mənbələrə istinadən bildirib.
Məlumata görə, Nümayəndələr Palatasının Tennessidən olan üzvü, avqustda Trampa qarşı ittihamlar irəli sürməklə hədələyən Stiv Koen prezidentə qarşı bir sıra ittihamlarla çıxış edib. O, Trampı xüsusi olaraq Virciniyada, Şarlottsvildə bir insanın həlak olduğu ultrasağların və sol aktivistlərin toqquşmalarına reaksiya verməməkdə ittiham edir.
Bildirilir ki, Koenə başqa demokrat İllinoysdan Luis Quterres də qoşulacaq.