>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Almaniyanın Hannover aeroportu partlayıcı maddə ilə əlaqədar bağlanıb

Almaniyanın Hannover aeroportu partlayıcı maddə ilə əlaqədar bağlanıb
Almaniyanın Hannover şəhər aeroportu müvəqqəti olaraq bağlanıb.
"Report" xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Məlumata görə, buna partlayıcı maddənin olduğu bağlamanın aşkarlanması səbəb olub. Nəşrin xəbərində bildirilir ki, təhlükəsizlik xidmətinin əməkdaşları anbarda içində partlayıcı vasitənin olduğu bağlamanı aşkar ediblər.
Bir qədər sonra bağlama polis əməkdaşları tərəfindən partladılıb. Bundan sonra aeroport işini bərpa edib.