>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kaliforniyada ibtidai məktəb yaxınlığında atışma zamanı beş nəfər həyatını itirib

Kaliforniyada ibtidai məktəb yaxınlığında atışma zamanı beş nəfər həyatını itirib
Kaliforniyanın şimalında ibtidai məktəblərin birinin yaxınlığında baş vermiş atışma zamanı azı beş nəfərin öldüyü, iki uşağın isə yaralandığı bildirilir. Atışmanın əvvəlcə bir evdə başladığı deyilir.

Yerli rəsmilərin bildirdiyinə görə, polis atəş açan şəxsi öldürüb.

Hadisə qurbanlarının yeddisinin xəstəxanaya aparıldığı bildirilir. Onların vəziyyəti ilə bağlı hələlik məlumat açıqlanmayıb.

Yerli mediada verilmiş məlumata əsasən, Ranço Tehama ibtidai məktəbinin ətrafında səhət saat 8-də bir neçə dəfə atəş səsləri eşidilib.

Tehama dairəsinin poli rəisinin müavini Fil Conston müxbirlərə atəş açan şəxsin hədəflərini “təsadüfi olaraq seçdiyini” deyib.

Uşaqlardan biri məktəbdə, o biri uşaq isə yük maşınında vurulub. Yük maşınında olan qadın da güllə yarası alıb.

Məktəbin ətrafındakı ərazilərdə təhqiqat aparılır, əsas şosse yolları isə bağlanıb.

Yerli sakin Brayan Flint müxbirlərə atəş açan şəxsin onun qonşusu, Kevin adlı şəxsin olduğunu deyib. Flintin sözlərinə görə, onunla bir evdə qalan otaq yoldaşı da ölənlər arasındadır. O, atəş açan şəxsin onun yük maşınını qaçırdığını bildirib. Brayan Flint deyib ki, o və onun otaq yoldaşı polisə “Kevin”in onları hədələdiyini söyləmişdilər.
amerikaninsesi.org