>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Pentaqon Rusiya Müdafiə Nazirliyinin İŞİD-lə bağlı ittihamlarını rədd edib

Pentaqon Rusiya Müdafiə Nazirliyinin İŞİD-lə bağlı ittihamlarını rədd edib
ABŞ rəhbərlik etdiyi koalisiya başçısı Rayan Dillon Rusiya Müdafiə Nazirliyinin koalisiya qüvvələrinin İŞİD-ə yardım etməkdə ittiham etməsi iddialarını sübudsuz adlandırıb. “Report” xəbər veirr ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yalnışdır,” -deyə R.Dillon bildirib.
R.Dillonun fikrincə, Rusiya bu cür bəyanatları yaymaqla Suriyada üzləşdiyi əsl çağırışlardan fikiri yayındırmağa çalışır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya müdafiə nazirliyi ABŞ-ın İŞİD döyüşçülərinə dəstək verdiyi barədə danılmaz sübutların olduğunu iddia edərək yaymışdı.