>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusiyada dolların məzənnəsi 60 rublu ötüb

Rusiyada dolların məzənnəsi 60 rublu ötüb
Rusiyanın nağd valyuta bazarında dolların məzənnəsi 60 rubl səviyyəsini ötüb.

“Report” xəbər verir ki, sonuncu dəfə dollar bu ilin avqustun 15-də 60 rubldan baha satılıb.

Neftin bahalaşmasına baxmayaraq, Rusiyada dolların məzənnəsinin artmasının əsas səbəbi kimi, dünən açıqlanan III rüb iqtisadi artım göstəricisinin proqnozlardan aşağı olması və ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların iqtisadiyyata mənfi təsirinin qeyri-müəyyənliyi göstərilir.

Belə ki, III rübdə analitiklər ÜDM-də 1,9% artım gözlədikləri halda, göstərici 1,8% təşkil edib və II rübdə qeydə alınan 2,5% artımdan xeyli aşağı olub.

Digər əsas səbəb isə Rusiyanın neft-qaz boru ixracına ABŞ sanksiyalarının mümkün məhdudiyyətləri ilə bağlı mənfi gözləntilərin getdikcə güclənməsi göstərilir.

“Report”un analitik qrupu RUB/USD məzənnəsinin ayın sonuna qədər 63 səviyyəsinə yüksələcəyini istisna etmir.