>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İŞİD-ə qoşulan çempion öldürüldü

İŞİD-ə qoşulan çempion öldürüldü
İŞİD terror təşkilatına qoşularaq Suriyada döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb.

AzVision.az xəbər verir ki, bu barədə “Ria Novosti”yə Ufa şəhərindən olan idmançının bacısı Olqa Lapşina bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə həyat yoldaşı və 3 uşağı ilə birlikdə Suriyaya gedən rusiyalı idmançı 2016-cı ilin martında öldürülüb.

Qeyd edək ki, Vyaçeslav Lapşin 2006-cı ildə Rusiya çempionu olub.