>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İngiltərədən Rusiyaya sərt ismarıc — "Nə etdiyini bilirik, uğursuz olacaqsan"

İngiltərədən Rusiyaya sərt ismarıc — "Nə etdiyini bilirik, uğursuz olacaqsan"
Londonun Maliyyə Mərkəzi bələdiyyə sədri Çarlz Bouman qonaqlıq verib.
"Ölkə.Az" xəbər verir ki, tədbirdə iştirak edən baş nazir Tereza Mey Rusiyanın fəaliyətinin ölçüsü və təbiətini tənqid edib. Mey bildirib ki, Rusiyanın bu fəaliyyətləri beynəlxalq stabilliyi təhdid edir.

Britaniyanın baş naziri son illərdə Rusiyanın Qərb qurumlarını alt-üst etmək üçün bir sıra fəaliyyətlərdə olduğunu iddia edib: "Rusiya üçün çox sadə bir ismarıcım var. Nə etdiyini bilirik, uğur əldə edə bilməyəcəksən. Çünki demokratiyaların mübarizəsini, sərbəst və azad cəmiyyətlərin güclü cazibəsini və biz qərbli ölkələri müttəfiq olaraq bir-birinə bağlayan dəyərləri zəif sayırsan".
Mey Rusiya hökumətinin Qərbdə ixtilaf toxumları səpmək üçün yalan xəbərlər tirajladığını da bildirib. Tereza İngiltərənin Rusiya ilə davamlı ixtilaf içində olmaq istəmədiyini amma maraqlarını da qoruyacağını qeyd edib.