>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Londonda köhnə avtomobil sahibləri şəhər mərkəzinə girmək üçün 10 avro ödəyəcək

Londonda köhnə avtomobil sahibləri şəhər mərkəzinə girmək üçün 10 avro ödəyəcək
Köhnə avtomobil sahibləri oktyabrın 23-dən etibarən Londonun mərkəzinə girmək üçün gündəlik 10 avro ödəyəcəklər.
"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, bu təşəbbüslə fevral ayında Britaniya paytaxtının meri Sadiq Xan çıxış edib.
Bundan əlavə, London hakimiyyəti yaxın beş il ərzində havanın çirkləndirilməsi ilə mübarizə üçün 875 milyon avro ayırmaq niyyətindədir.
Əksəriyyəti 2006-cı ilə qədər qeydiyyata alınmış və atmosferə daha çox qaz tullantıları atan təqribən 10 min avtomobilin cəriməyə məruz qalacağı gözlənilir.