>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Putindən şok xəbərdarlıq: “Atomdan daha təhlükəli silah yaranır”

Putindən şok xəbərdarlıq: “Atomdan daha təhlükəli silah yaranır”
Yaxın gələcək insanların sifariş ediləcək xarakteristikalara uyğun olaraq genetik proqramlaşdırılması baş tuta bilər.
Teref.info xəbər verir ki, bunu Ümumdünya Gənclər və Tələbələrin Festivalında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib. Onun sözlərinə görə, bu, atom bombasından daha qorxulu silah olacaq. O, gen mühəndisliyinin farmakologiya, insan kodlarının dəyişdirilməsi istiqamətində möhtəşəm imkanlar yaradacağını bildirib:
“Praktik şəkildə insanın sifariş verilmiş xarakteristikalar üzrə insan yaratmasını təsəvvür etmək mümkündür. Bu şəxs müdrik riyaziyyatçı, müdrik musiqiçi ola bilər, amma o həm də qorxusuz, hissiyatsız, amansız döyüşçü də ola bilər. Siz anlayırsınız ki, insanlıq yaxın zamanlarda öz inkişafı və mövcudluğu ilə bağlı çox çətin və məsuliyyətli dövrə daxil olur. Bu, nüvə bombasından təhlükəlidir”. //Axar.az//