>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Erməni analar fəryad edir: bizim düşmənimiz türklər deyil, mövcud Ermənistan hakimiyyətidir VİDEO

Erməni analar fəryad edir: bizim düşmənimiz türklər deyil, mövcud Ermənistan hakimiyyətidir VİDEO
Ermənistan mətbuatında bu ölkənin ordusunda xidmət edən əsgərlərin qeyri-döyüş şəraitində kütləvi şəkildə öldürülmələri ilə bağlı məlumatlar mütəmadi olaraq yayılmaqdadır. "Yeniavaz.com" Ermənistan mətbuatına istinadən bildirir ki, bu ölmlərə etiraz edən bir qrup erməni qadın mətbuat vasitəsilə Ermənistan ictimaiyyətinə, erməni analara müraciət edərək övladlarını hərbi xidmətə göndərməməyi tövsiyyə edirlər. Həmin müraciətlərdə erməni analar və atalar açıq şəkildə qeyd edirlər ki, bizim əsas düşmənimiz türklər (azərbaycanlılar-red.) deyil, mövcud Ermənistan hakimiyyətidir.
Xocavənddəki (Martuni) hərbi hissədə bir nəfər əsgər öz şəxsi silahıyla 5 nəfər əsgəri güllələyib öldürmüş və sonra da özünü vurmuşdur. Baş verən hadisədə Vanadzorlu əsgər Robert Hovanesyanda həlak olmuşdur. Yayılan video-kadrlardan birində hərbi hissədə övladı öldürülən atalardan biri deyir ki, hadisə zamanı 6 nəfər həlak olub və şahidlər yoxdur, sonra isə bizə dedilər ki, yox 4 nəfər şahid olubdur indi biz bunu necə başa düşək: "Orduda baş verən özbaşınalıqlar əsas verir ki, biz inanmayaq bizə deyilən faktlara. Mən inanmıram ki, bir nəfər 5 nəfəri öldürər. Orda nəsə gizli bir məqamlar var ki, bizə demirlər. Komandirlərin qanunsuz əməlləri və özbaşınalıqları baş alıb gedir orduda əsgərlər komandirlər üçün qul kimidirlər, komandirlər əsgərə qarşı istədiklərini edə bilərlrə. Mənim övladım orda almaq istəmirdi gedəndə ağlay–ağlaya getdi, ağlaya-ağlayada gətirdik evmizə balamı"...
Ermənistan mətbuatında yayımlanan həmin video-kadrları təqdim edirik: