>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Münhendə bıçaqla hücum: Yaralılar var

Münhendə bıçaqla hücum: Yaralılar var
Almaniyanın Münhen şəhərində bıçaqlı bir nəfər insanlara hücum edib.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Rosenheimerplatz bölgəsində meydana gələn hücum sonrası yaralıların olduğu bildirilib.

Polis xalqa bölgədən uzaq durmaqla bağlı çağırış edib. Hücum edənin 40 yaşında kişi olduğu bildirilir.

Təcavüzkarın hadisə yerindən qaçdığı bildirilərkən, hadisənin terror hücumu olub-olmadığı hələ aydın deyil.

Yaralıların sayı hələ ki açıqlanmır.