>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rus arxeoloqlardan qeyri-adi tapıntı - Foto

Rus arxeoloqlardan qeyri-adi tapıntı - Foto
Rusiya-Hindistan arxeoloqlarından ibarət qrup Himalay dağlarının Kəşmir bölgəsində Erkən Orta əsrlər dövrünə aid bənzəri olmayan daş heykəllər tapıblar.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya şöbəsinin rəhbəri Vyaçeslav Molodin deyib.

“Hindistan-Pakistan sərhədində, Himalay dağlarının ən sıldırımlı ərazisində dini ritualların icra edilməsi üçün yaradılan iki tarixi kompleksə rast gəlindi. Burada 200-ə yaxın daş heykəl tapıldı. Bu heykəllərin hələ ki, bilmədiyizim əfsanələrin qəhrəmanları ola biləcəyini ehtimal edirik”, - Molodin bildirib.

O, bu kimi heykəllərə Hindistanın dağlıq bölgəsində ilk dəfə rast gəlindiyini deyib.
Rus arxeoloqlardan qeyri-adi tapıntı - Foto