>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanlı milyarder: Rusiya ABŞ-ı işsiz qoymayacaq

Azərbaycanlı milyarder: Rusiya ABŞ-ı işsiz qoymayacaq
Rusiyaya qarşı sanksiyalar yaxın 10 ildə ləğv edilməyəcək.

Axar.az xəbər verir ki, bunu Britaniyanın “Faynənşıl Tayms” qəzetinə müsahibəsində “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov söyləyib.

“Sanksiyalar yaxın illərdə ləğv edilməyəcək. Bu, uzunmüddətli və çətin proses olacaq. Üç il əvvəl mən Vaşinqtonda oldum və orada Amerika sanksiyalarına məsul olan şəxslə görüşdüm. Bu, Ukrayna hadisələrinin tam başlanğıcında baş vermişdi. O mənə dedi ki, əgər Rusiya Ukraynada hansısa addımlar atsa, biz cavab verəcəyik. Mən isə ona dedim ki, ölkəm sizi heç vaxt işsiz qoymayacaq”, – deyə o bildirib.