>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Yunanıstanı cəhənnəmə çevirdilər — Məmurlar Məclisə basqın etdilər

Yunanıstanı cəhənnəmə çevirdilər — Məmurlar Məclisə basqın etdilər
Yunanıstanda məmur və özəl sektor işçiləri parlamentə basqın etdilər.

"Ölkə.Az" xəbər verir ki, yaranan qarşıdurmada polislərə molotov kokteyli ilə hücm ediblər.

Hökumətin yeni qanununa etiraz edən nümayişçilər Afinada parlamentə hücum ediblər. Məclisin qarşısı müharibə meydanına çevrilib.
Həmkarlar İttifaqlarının çağırışı ilə Sintaqma meydanında başlayan etiraz nümayişi sırasında bir qrup polisə hücum edib. Sonra isə parlamenti ələ keçirməyə çalışıb. Polislə toqquşamaya girişən qrup parlamentin qarşısındakı nəzarət buraxılış məntəqəsini yandırıb. Polis hadisəyə gözyaşardıcı qazla müdaxilə edib.

İnsident nəticəsində bir jurnalist yaralanıb, 3 nəfər isə saxlanılıb.