>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İsmayıllıda Milli Qurtuluş günü qeyd edilib

İsmayıllıda Milli Qurtuluş günü qeyd edilib
Teref.info - Azərbaycan xalqının bu günkü firavan həyatının və daha xoşbəxt gələcəyinin əsası olan 15 İyun – Milli Qurtuluş günü İsmayıllıda geniş miqyaslı, zəngin məzmunlu tədbirlərlə qeyd olunur. 14 iyun 2018-ci il tarixdə İsmayıllı şəhər Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş gününə həsr olunmuş zirvə tədbiri keçirilib.
İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərini, həyatını və fəaliyyətini əks etdirən sərgiyə baxıblar.
Tədbiri RİH başçısı yanına Şuranın üzvü Zaur Muradov açıb. Azərbaycan Dövlət Himni səslənib və iştirakçılar tərəfindən oxunub. Rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova “Azərbaycanın Milli Qurtuluş günü dövlətçiliyimizin yaranmasının və xilasınızın əsasını təşkil edir” mövzusunda məruzə edib. Milli Qurtuluş günü və Müqəddəs Ramazan bayramı münasibəti ilə iştirakçılara təbrik ünvanlayıb.
Şagirdlər ümummilli liderin şərəfli adına həsr olunmuş şeirləri ifa ediblər.
Tədbirin bədii hissəsi “Muğam axşamı”ndan ibarət olub. Şamaxıdan, Qobustandan və İsmayıllıdan olan Muğam ifaçıları maraqla dinlənilib.