>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Buynuz kəndində sakinləri qəbul edib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Buynuz kəndində  sakinləri qəbul edib
Teref.info - İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Topçu İnzibati Ərazi Dairəsinə daxil olan Buynuz kəndində sakinləri qəbul edib. Yüksək təhsil keyfiyyətləri və uğurlu nəticələri ilə həmişə fərqlənən Buynuz tam orta məktəbində keçirilən qəbulda sakinlər onları düşündürən və ya narahat edən hər bir məsələ ilə əlaqədar RİH-nin başçısına müraciət ediblər. (Əvvəlki qəbul zamanı deyilənlərin icra olunması onlara əsas verib)
Kəndin bütün sakinlərinin fikrini ifadə edən müəllim Akif Zülfüqarov deyib ki, Göyçay çayından gələn sellər 50 hektara qədər əkin sahəsini sıradan çıxarıb. Çayın axarına müdaxilələr də vəziyyəti gərginləşdirib. Sahilbərkitmə işləri, digər uyğun tədbirlər görülməsə, bu proses davam edəcək.
Elxan Şərifov da eyni məsələni deyib və bildirib ki, son sel onun taxıl sahəsini tamamilə aparıb. Xahiş edib ki, pay torpağı əvəzlənsin. Hər iki məsələ ilə əlaqədar bir daha dəqiq araşdırma aparıb, aid Respublika təşkilatlarına müraciət etmək qərara alınıb.
Buynuz kənd sakini Elman Məmmədov bildirib ki, özü İstisu məktəbində işləyir, tarix müəllimi olan həyat yoldaşı Buynuzdan 54 kilometr uzaqda olan Zeyvə məktəbinə gedib-gəlir. Belə vəziyyətdə ailə, uşaqlar çətinlikdə qalır. E.Məmmədova məsləhət bilinib ki, Təhsil Nazirliyinə müraciət etsin.
Bir hissəsi narahat vəziyyətə gəlmiş Buynuz yolunun təmiri, uşaq bağçasının tikintisi, kənddə inzibati binanın olması da xahişlər sırasında idi.
İƏD-in tərkibində olan kiçik Şirvanmeşə kəndinin nümayəndələri birgə qəbul olunub və hər biri diqqətlə dinlənilib. Rayonun icra strukturlarının səlahiyyətində olan məsələlərlə əlaqədar tədbirlər hazırlayıb həyata keçirmək məsul idarə müdirlərinə tapşırılıb.