>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Hacı Surxaydan Millət vəkilinə tövsiyə

Hacı Surxaydan Millət vəkilinə  tövsiyə
Teref.info - Müqəddəs Ramazan ayı ilə bağlı son günlərdə sosial şəbəkələrdə müxtəlif dini mövzularda yazılar, açıqlamalar verilir. Bu yazıların bəziləri cəmiyyətdə birmənalı qarşılanmır, müxtəlif söhbətlərə, fikir ayrılığına, qalmaqallara səbəb olur. İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyat doktoru hacı Surxay Məmmədli qeyd olunan məsələyə münasibət bildirərək qeyd etmişdir ki, hazırda tolerantlıq nümunəsi olan Azərbaycan tarixən çoxkonfessiyalı məkan olmuşdur. Bu gün paytaxt Bakıda və bölgələrdə bir çox dünyəvi dinlərin nümayəndələri üçün lazımi şərait yaradılmış və bu prosesə dövlətin dəstəyi hər yerdə hiss olunur. Xalqımızda dini ayrı-seçkilik, dözümsüzlük kimi xüsusiyyətlərə genetik olaraq yer yoxdur. Bu müsbət keyfiyyətlər tarixən Azərbaycan xalqının tolerant xarakterini ortaya qoymuş və onun saf imicini müəyyənləşdirmişdir.
Son zamanlar dini əhəmiyyətli aylar zamanı bir sıra şəxslərdən və hətta millət vəkilindən belə dindarların heysiyyatına toxunan ifadələr və fikirlər səslənməkdədir. Lakin heç kəsə, öz maraqlarını güdərək başqasının heysiyyatına toxunan fikirlər səsləndirməyə, bir daha qeyd edirəm, hətta millət vəkilinə belə hüquq verilməmişdir.
Tarix boyu xalqımız öz milli mənəvi dəyərlərinə sadiq olmuşdur. Şəhidlik məktəbindən dərs alan bir xalq kimi İslam şəhidləri də daim yad edilmiş və öz vətən şəhidlərinə ağladığı kimi ağlamışlar.
Ağlamaqdan söz düşmüşkən, Ağlamaq – acı, kədər, peşmançılıq və bəzən də sevincdən göz yaşı tökmək, üzülmək, iztirab çəkmək, kədərlənmək mənalarını verir. Ağlamağın səbəbləri – Allah qorxusu, sevgisi, qiyamət, hesab və Cəhənnəm əndişəsi, Cənnət nemətləri yaxud da dünya işləri ilə bağlı sevinc və kədər hisləridir. Həmçinin, dinimizdə həddən artıq gülmək də xoş qarşılanmamış, əksinə günah əndişəsi ilə ağalamaq tövsiyə olunmuşdur.
Ancaq millət vəkilinə bir din xadimi kimi tövsiyəm budur ki, milləti ilə ağlasa və milləti ilə gülsə daha məqsədə uyğun olar.