>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Uğuru böyük olan məktəbdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının görüş-qəbulu

Uğuru böyük olan məktəbdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının  görüş-qəbulu
Teref.info - İsmayıllı şəhər 6 saylı tam orta məktəbin bu ilki test imtahanlarında uğuru əvvəlki illərdən daha böyük olub.
Vasif Əsədov 700 bal zirvəsinə çatıb. Beş nəfər məzun da 600-dən yuxarı bal toplayıb. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məktəbin əhatəsində yaşayan sakinlərlə görüş-qəbulu da burada keçirməyi məqsədəuyğun sayıb.
Görüş-qəbulda sakinlərlə yanaşı 6 saylı məktəbin yüksək bal toplayan məzunları, onların müəllimləri və valideynləri də iştirak ediblər.
RİH-nin başçısı Mirdaməd Sadıqov tədbiri giriş nitqi ilə açaraq universitetlərə qəbul imtahanlarında daha yüksək bal toplayan gəncləri, onların müəllimlərini və valideynlərini, pedaqoji kollektivi təbrik edib. Daha sonra rayonda gedən tikinti, abadlıq, quruculuq işlərindən, yeni-yeni layihələrin həyata keçirilməsindən, aqrar sahədəki yeniliklərdən danışıb.
Məktəbin direktoru Qalib Bəşirov yaradılan təhsil şəraitinə, məzunların bilik potensialının üzə çıxarılması üçün geniş imkanlar açıldığına, müəllimlərin hərtərəfli qayğı ilə əhatə olunduğuna görə ölkə başçısına minnətdarlıq edib. Rayon icra hakimiyyətinin rəhbərliyinə keçən görüş-qəbul zamanı məktəb yolları ilə bağlı deyilən məsələlərin həllinə-asfalt çəkildiyinə, digər qayğılı münasibətlərinə görə təşəkkürünü bildirib. Eyni zamanda xahiş edib ki, aid təşkilatlar qarşısında məktəbin əsaslı təmiri məsələsi qaldırılsın.
Görüş-qəbulun iştirakçıları 3 küçənin çınqıllanmasını, suvarma suyu üçün artezian quyusu qazılmasını, “Həzrə” istiqamətinə gedən asfalt yolun təmir olunmasını, qrunt sularının məhəllənin mərkəzindən axdığı arxın texnika ilə təmizlənməsini xahiş ediblər.
Görüş-qəbulda iştirak edən İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevə məsləhət bilinib ki, 56 min manata qədər olan vergi borcunu yığmaqla, sakinlərin iştirakı ilə yolların çınqıllanmasını öz üzərinə götürsün. Köhnəlmiş ağac materialından olan elektrik dirəklərinin dəyişdirilməsi də sakinlərin xahişləri sırasında olub.
Hər bir məsələ ilə əlaqədar icraçılara və aid təşkilatlara konkret tapşırıqlar verilib
Uğuru böyük olan məktəbdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının  görüş-qəbulu
Uğuru böyük olan məktəbdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının  görüş-qəbulu