>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İsmayıllıda Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir

İsmayıllıda Cümhuriyyətin yaranmasının  	100 illiyinə həsr olunmuş möhtəşəm tədbir
Teref.info - 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Xalqımızın tarixində əlamətdar günlərdən olan AXC-nin yaranmasının 100-cü ildönümü respublikamızda, eləcə də ölkəmizin hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunur.
Mayın 26-da İsmayıllıda Azərbaycanın istiqlaliyyət gününün 100 illiyinə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdə RİH-nin rəhbərliyi və aparat işçiləri, ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri, ağsaqqallar və gənclər, ziyalılar, müharibə və əmək veteranları iştirak ediblər.
İlk növbədə iştirakçılar şəhər Mədəniyyət Mərkəzinin foyesində istiqlal tariximizi əks etdirən sərgiyə baxıblar.
Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Ramiz Baloğlanov AXC-nin 100 illiyi ilə əlaqədar məruzə edib.
Tircan kənd tam orta məktəbinin tarix müəllimi Gülyanaq Əliyeva, pensiyaçı tarix müəllimi Xalid Mürşüdov dövlətçilik tariximizdən, müstəqil Azərbaycan Respublikasının bu günkü yüksəliş və inkişafından, ümummilli lider Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirən cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs ediblər.
Bayrağa, dövlətə, tariximizlə bağlı bəzi məqamlara, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlərin,mahnıların ifası tədbirə möhtəşəmlik,mübarizlik ruhu gətirib.
Qalınçaq tam orta məktəbinin IX sinif şagirdi Nurcan Musayevanın qiraətçi professionallığı ilə təqdim etdiyi “Bayraq” şeiri bütün salonu ayağa qaldırıb.
İsmayıllılar tariximizin şərəfli Cümhuriyyət səhifəsindən gələn möhtəşəm bayram sevinci yaşayıblar.