>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

25 aprel 2018-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Ana Vətən Partiyası “Azərbaycan Xalq Cumhuriyyəti: Tarixi realliqlar və müasirlik” mövzusunda dəyrmi masa keçirib.

Teref/info - Dəyrirmi masada AVP fəalları, tanınmış ziyalıların istirakı ilə tarixçi alimlər “Azərbaycan Xalq Cumhuriyyəti: Tarixi realliqlar və müasirlik” mövzusunu müzəkirə etdilər.
Tədbiri giriş nitqilə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı, tarix üzrə elmlər doktoru Fəzail Ağamalı açdı.
Daha sonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycan xalqına qarşı soyqırımları tarixi» şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Vaqif Abışov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanın ağır durumu, azərbaycanlılara qarşı keçirilmiş soyqırım cinayətləri haqqında çıxış etdi.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycan Xalq Cümhuriyyətinin tarixi» şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verdi.
Tarix üzrə fəlsəfə doktoru AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın Sovet dövrü tarixi» şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev isə Cümhuriyyətin xarici siyasəti və beynəlxalq vəziyətindən bəhs etdi.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Ümumi tarix» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Tofiq Mustafazadə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda daxili və xarici amilərin oynadığı rola aydınlıq gətirərək, Cümhuriyyətin tarixi əhəmiyyətini, onun dövlətçiliyimizdə yeri və rolunun vacibliyini vurğuladı.

Ana Vətən Partiyasının
Mətbuat Xidməti
25.04.2018