>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ismayıllı rayonunun Hacıhətəmlilər kənd sakinləri qəbul-görüşdə fəal olublar

Ismayıllı rayonunun Hacıhətəmlilər kənd sakinləri qəbul-görüşdə fəal olublar
Teref.info İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Hacıhətəmli kəndində keçirdiyi görüş-qəbulda iştirakçılar fəal idilər.
Tam orta məktəbin akt zalında keçirilən görüş-qəbulu RİH-nin başçısı Mirdaməd Sadıqov açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və hərtərəfli dəstəyinin nəticəsi olaraq son beş ildə İsmayıllının sosial-iqtisadi inkişafı və əhalinin rifahı yüksək səviyyəyə çatıb. Şəhərin “Günəşli” qəsəbəsindəki Xalça fabriki, “Bədo” sanatoriyası, Kürdmaşı Aqrokompleksi və 3000 tonluq soyuducu-anbar, Heydər Əliyev prospektindəki üçulduzlu otel, Keyvəndi kəndindəki perspektivdə 1500 başlıq olacaq heyvandarlıq kompleksi ilin buraxılış obyektləri sırasındadır. Bu müəssisələr işə düşdükdən sonra həm iş yerlərinin sayı, həm də əhalinin, rayonun gəliri artacaq. Yeni-yeni emal və istehsal müəssisələrinin istifadəyə verilməsinin nəticəsidir ki, 2017-ci ildən başlayaraq rayonun büdcəsi özünümaliyyələşdirmə əsasında formalaşıb.
Rayonun ümumi inkişaf xəttində Hacıhətəmli İnzibati Ərazi Dairəsi də öncül sıralarda qərarlaşır. Respublika Prezidentinin Sərəncamı ilə İsmayıllı-İvanovka-Hacıhətəmli magistral yolu, içməli su kəməri çəkilib. Ərazi dayanıqlı olaraq elektrik enerjisi və qaz yanacağı ilə təmin olunur. Üzümçülüyün inkişafı ilə əlaqədar iş yeri burada artıq problem deyil. Əmək fəallığı lazımi səviyyədədir. Gündəlik iş prosesində ortaya çıxan məsələləri rayon icra hakimiyyətinin rəhbərliyi aid təşkilatlarla birgə vaxtında həll edir.
Görüş-qəbulda iştirak edənlər də bir sıra vacib istiqamətlərə diqqəti cəlb ediblər. Bildiriblər ki, ərazidə 30-a qədər elektrik dirəyinin dəyişdirilməsinə, yeni güc transformatoru qoyulmasına, stadion üçün yer ayrılmasına, bəzi evlərə telefon çəkilməsinə, Hacıhətəmli tam orta məktəbinin binasının təmirinə ehtiyac vardır.
RİH-nin başçısı tərəfindən diqqətlə dinlənilən hər bir təklif və ya şikayət barədə aid təşkilatlara müvafiq tapşırıqlar verilib.
Bütün məsələ, təklif və narazılıqlara tam aydınlıq gətirildiyi üçün iştirakçılar görüş-qəbuldan razılıqla gediblər.
Ismayıllı rayonunun Hacıhətəmlilər kənd sakinləri qəbul-görüşdə fəal olublar
Ismayıllı rayonunun Hacıhətəmlilər kənd sakinləri qəbul-görüşdə fəal olublar
Ismayıllı rayonunun Hacıhətəmlilər kənd sakinləri qəbul-görüşdə fəal olublar
Ismayıllı rayonunun Hacıhətəmlilər kənd sakinləri qəbul-görüşdə fəal olublar