>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İsmayıllıda ilk dəfə səs verən gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.

İsmayıllıda ilk dəfə səs verən gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.
Teref.info - 13 mart 2018-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən İsmayıllı Peşə Tədris Mərkəzinin akt zalında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin ( Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrası ilə bağlı Peşə Tədris Mərkəzinin şagirdləri, xüsusilə ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi məqsədinə həsr olunmuş dəyirmi-masa keçirilib.
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, 86 saylı dairə seçki komisiyasının üzvi Hacı Məmmədov, İsmayıllı şəhər İƏD üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov iştirak ediblər.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. Ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbəti Prezident seçkiləri barədə məlumat verib. İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən tədbirlər barədə danışıb.
RİH başçısı aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov tədbirə toplaşan gəncləri İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı adında salamlayıb. İlk dəfə səs verənləri təbrik etməklə onları qarşıdan gələn Prezident seçilərində fəal iştiraka dəvət edib.Rayonda son illərdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirtdiyini, gənclərimizin rayon ictimai- siyasi həyatındakı fəal rolunu diqqətə çatdırıb.
Hacı Məmmədov, Məhərrəm Əhmədov və Zaur Muradov növbəti Prezident seçkilərinin şəffaf, aydın və bütün dünyaya açıq şəkildə keçiriləcəyini qeyd edirlər.
Tədbirdə gənclərə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları barədə ətraflı danışılıb, suallara cavablar verilib.
İsmayıllıda ilk dəfə səs verən gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.
İsmayıllıda ilk dəfə səs verən gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.