>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib

İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib
Teref.info - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı rayon icra hakimiyyətinin təşkilatçılığı, Dövlət xidməti rayon şöbəsi əməkdaşlarının, hüquq mühafizə və ədliyyə orqanları rəhbərlərinin iştirakı ilə RİH-nin konfrans zalında qeyd edilib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Dövlət xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında SHXÇDX-nin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.
SHXÇDX rayon şöbəsinin rəisi Xamis Bədəlov Dövlət Xidmətinin keçdiyi 6 illik yoldan və İsmayıllı şöbəsinin fəal mövqe nümayiş etdirməsindən danışıb.
SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimovun əmri ilə “Dövlət xidmətinin altı illiyi və hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” Diplomuna layiq görülmüş Mirdaməd Sadıqova təltifi şöbə rəisi Xamis Bədəlov təqdim edib.
Rayon məhkəməsinin hakimi Rəfael Şirinov, rayon prokuroru Ülvi Abbasov, DTX rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, polis rəisi Telman Ağasıyev, yanğın təhlükəsizliyi xidmətinin rəisi İlkin Cəfərov, YAP rayon təşkilatının sədri Sevil Əhmədova və dövlət qulluğu veteranı Valeh Salehov xidmət əməkdaşlarını təbrik ediblər.
Tədbir rayon şöbəsində davam etdirilib. Bir çox təltif, hədiyyə və mükafatlar ünvanına çatdırılıb.