>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ana Vətən partiyası İlham Əliyevin namizədliini dəstəklədi

Ana Vətən partiyası İlham Əliyevin namizədliini dəstəklədi
Teref.info - 11 fevral 2018-ci il tarixində Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirilmişdir.
İclasda qarşıdan gələn prezident seçkilərində partiyanın iştirakı müzakirə edilmişdir.
Toplantıda 11 aprel 2018 -ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyilə ilə bağlı qərar qəbul olunmuş və bəyanat verilmişdir.
Bəyanatda deyilir:
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri dövlətimizin və xalqımızın həyatında ciddi əhəmiyyət kəsb edir. Çoxsaylı namizədlərin qatılacağı seçkilərdə kimin qalib gələcəyi, qarşıdan gələn 7 il müddətində kimin olduqca məsuliyyətli yükü öz üzərinə götürə biləcəyi böyük önəm kəsb edir.
Ana Vətən Partiyası prezident seçkilərində güclülərin ən güclüsünün qalib gəlməsinin tərəfdarı olmuş və bu gün də bu ənənəyə sadiqdir.
2003-cü ildə xalqımızın yüksək etimadını qazanaraq bərabər imkanlar şəraitində çoxsaylı nanizədlər üzərində möhtəşəm qələbə qazanan İlham Heydər oğlu Əliyev ötüb keçən 15 il zaman kəsiyində ölkəmizi yüksək inkişaf mərhələsinə çıxarmış, onu regionun lider dövlətinə çevirmiş, müstəqil, dönməz və müdrik siyasətilə Azərbaycanı Beynəlxalq səviyyədə söz sahibi etmişdir. Onun rəhbərliyilə ölkəmizdə ciddi əhəmiyyət kəsb edən beynəlxalq forumlar, Birinci Avropa Yay İdman və İslam Həmrəylik oyunları keçirilmiş, transmilli xarakter daşıyan Cənub Qaz dəhlizi, Qərb - Şərq, Şimal – Cənub nəqliyyat dəhlizləri reallığa çevrilmiş, qeyri-neft sektorunun inkişafı yeni yüksəliş mərhələsinə daxil olmuşdur.
Həyata keçirilən sosial siyasət xalqımızın həyatında əhəmiyyətli dönüş yaratmış, əhalinin həyat səviyyəsi yüksəlmiş, yoxsulluq həddinin 50 faizdən 5 faizə və işsizliyin demək olar ki, aradan qaldırılması təmin olunmuşdur.
İlham Əliyevin işğal olunmuş torpaqlarımızın azad edilməsində tutduğu qətiyyətli və prinsipial mövqe, silahlı qüvvələrimizin güclənməsinə göstərdiyi diqqət, çevik və uğurlu xarici siyasət qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişmiş və bütün bunlar 2016-cı il aprel döyüşlərində ordumuzun qələbəsində mühüm rol oynamışdır.
Ana Vətən Partiyasının Ali Məclisi 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının VI qurultayının İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyi haqqında qərarını dəstəkləyir və qarşıdan gələn seçkilərdə onun qələbəsi uğrunda fəal mübarizə aparacağını bəyan edir.

Məclisdə digər təşkilati məsələlərə də baxımışdır

AVP Mətbuat Xidməti
Ana Vətən partiyası İlham Əliyevin namizədliini dəstəklədi
Ana Vətən partiyası İlham Əliyevin namizədliini dəstəklədi
Ana Vətən partiyası İlham Əliyevin namizədliini dəstəklədi