>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Ruşanda qəbul keçirib

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Ruşanda qəbul keçirib
Teref.info - Multikultural Ruşan kəndinin sakinlərindən bir qrupu 1981-ci ildə Qərbi Azərbaycandan köç edib. Həmin il dekabr ayının 5-də zəlzələdən sonra Ruşana gələn ümummilli lider Heydər Əliyev əhali ilə görüşərkən kəndin cənub hissəsindəki boş ərazidə yeni qəsəbə salmağı tapşırmışdı. Tapşırıq yerinə yetirildi, yeni evlər tikildi və yeni köç edən soydaşlarımız həmin evlərə köçdü. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da təklifi, arzusu, məsləhəti, istəyi olan Ruşan sakinlərini qəsəbədəki məktəbdə qəbul edib.
Başlanğıcda Mirdaməd Sadıqov ruşanlıların əməksevərliyindən, işgüzarlığından, aqrar sahənin inkişafına diqqətlə yanaşmalarından, dövlətin sosial-iqtisadi siyasətinə ürəkdən xidmət etmələrindən razılıqla danışıb, bu istiqamətdə fərqlənənlərin adını hörmətlə qeyd edib. Sonra səmimiyyətlə hər bir kəsi dinləyib. İndiyə qədər görülən işlərə, həyata keçirilən sosial tədbirlərə, sabit və təminatlı həyata görə Respublika Prezidentinə minnətdarlıq edən ruşanlılar bir sıra məsələlərin də həllinə yardımçı olmağı başçıdan xahiş ediblər. Hansılardır onlar?
Ruşan və Vəng kəndlərinə qaz çəkilişi, müasir tələblərə cavab verən məktəbin tikintisi, icma evinin inşası, Ruşana çəkilmiş asfalt yolun Vəngə qədər davamı, “Şirin su”dan Ruşan və Vəngə gələn içməli su xəttinin təmiri, surətli internetin təmin olunması, məktəbin daxili işıq sisteminin təmiri, qəsəbədəki evlərin enerji təchizatı şəbəkəsinin təmiri, fərdi yaşayış evlərinin sənədləşdirilməsi və sair.
Hər bir təklif və problemi diqqətə alan RİH-nin başçısı Mirdaməd Sadıqov aid strukturların, xidmət təşkilatlarının rəhbərlərinə icraya dair konkret tapşırıqlar verib, Respublika təşkilatları qarşısında qaldırılacaq məsələləri məsul icraçılara həvalə edib.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Ruşanda qəbul keçirib
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Ruşanda qəbul keçirib
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Ruşanda qəbul keçirib