>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib

İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib
Teref.info - Dekabrın 29-da İsmayıllıda xoş bir gün yaşanıb. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbir “Qala” şadlıq sarayında reallaşıb.
İctimaiyyət nümayəndələrinin, ziyalı və müəllimlərin, səhiyyə işçilərinin, müharibə veteranlarının, şəhid ailələrinin, gənclərin və ağsaqqalların, Qarabağ müharibəsi əlillərinin iştirak etdiyi bayram tədbirini giriş sözü ilə RİH hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov açıb. Rayonun sosial-iqtisadi inkişafı, həyata keçirilən tədbirlər, sənaye və aqrar sahədə qazanılan uğurlar barədə məlumat verən başçı rayon ictimaiyyətini, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edib. Azərbaycan xalqına xoş günlər, rifah arzulayıb. M.Sadıqov qeyd edib ki, Yeni il bütün bəşəriyyət tərəfindən qeyd edilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü isə bütün mənalı ömrünü Azərbaycanın inkişafına, müstəqilliyinin qorunub saxlanmasına, tərəqqi və yüksəlişinə həsr edən ümummilli liderin şərəfli adı ilə bağlıdır.
Tədbirdə qonaq qismində iştirak edən şair Musa Yaqub, hüquq elmləri üzrə fəlsəfə doktoru Simran Həsənov, qiraətçi Pünhan İsmayıllı, Əməkdar müəllim Şəfaqət Rəsulov, Rayon Uşaq poliklinikasının baş həkimi Vidadi Rəhimov və başqaları çıxış edərək bayram təbrikləri söyləyiblər.
Musiqili-əyləncəli proqram tədbirə xoş, mənalı, yaddaqalan ovqat qatıb. Müğənnilərin, Şaxta baba və Qar qızın çıxışları, milli və xarici ölkə xalqlarının rəqsləri alqışlarla qarşılanıb.
2017-ci ildə fərqlənən bir qrup pedaqoji işçiyə, səhiyyə və mədəni-maarif sahəsində çalışanlara, kənd təsərrüfatı işçilərinə RİH-nin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.
Tədbir xoş ovqat, gələcəyə böyük ümid və inamla sona çatıb.