>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Çiçəklənən İsmayıllı şər böhtana təslim olmayacaq

Çiçəklənən İsmayıllı şər böhtana təslim olmayacaq
"Sevənlər Parisin gözəlliklərini, bədxahlar isə Paris kloşarlarını tərənnüm edirlər"
Axır vaxtlar mütəmadi olaraq mediada İsmayıllı rayonu və İsmayıllı rayon İcra Hakimiyyəti haqqında mənfi fikir formalaşdırmağa yönəlmiş yazılar getməkdədir.
Gah rayonda hansısa qanunsuzluqların hökm sürdüyünü, gah İcra başçısını hədəfə alaraq heç onun səlahiyyətlərində olmayan ayrı-ayrı xətaları uydurub taparaq mediyaya ötürürlər. İsmayıllıda olarkən söhbət etdiyim rayon və rayon ətrafı kəndlərin sakinlərindən eşitdiyim fikirlər məni bu qənaətə gətirdi ki, rayonda əvvəlki icra hakimiyyətinin zamanında olduğu kimi ayrı-ayrı şəxslər at oynada bilmirlər. İsmayıllıya təyin olunmuş Mirdamət Sadıqov bütün mafioz ünsürlərin əl-ayağını yığmış və rayonda güclü quruculuq işlərini davam etdirməkdədir.
Çiçəklənən İsmayıllı şər böhtana təslim olmayacaq
Ölkə prezidenti cənab İlham Əliyev İsmayıllıya axırıncı səfəri zamanı rayonda baş verən dinamik inkşafı bu sözlərlə ifadə etmişdir:
“İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə, prezidentlik dövrümdə bu, mənim beşinci səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Bu gün icra başçısı mənə görüləcək işlər haqqında məlumat verdi, təqdimatlar edildi. Burada həm turizm sektorunun inkişafı, həm də kənd təsərrüfatının, emal sənayesinin inkişafı sürətlə getməlidir. Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun.”
Ölkə başçısı İsmayıllı camaatının və bu camaata güvənərək İsmayıllının kənd təsərrüfatını, turizm sektorunu və sənayesini sürətlə inkşav etdirən İsmayıllı icra hakimiyyətinə müsbət qiymətini verib.

Çiçəklənən İsmayıllı şər böhtana təslim olmayacaq
Heç kimə sirr deyil ki, bu gün İsmayıllı artıq türizm mərkəzlərindən biridir və rayonun əski mafiya üzvləri bu rayonda at oynada bilmirlər. Bunun qarşısını alan İsmayıllı icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovdur. Yerli kadr olan bu adam kimin kim olduğunu qəşəng bildiyindən yerli mafioz qüvvələr onu ictimaiyyətin gözündən salmaq üçün gündə bir hoqqa çıxarır, cürbəcür şaiyələr və dedi-qodular yayırlar. Lakin rayonda bu effekt vermədiyi üçün onlar artıq mediaya cürbəcür yollarla girişərək dezinformasiyalar ötürürlər.
Zatən iş gedən yerdə xırda əyər- əskikliklərin də olması təbiidir. Kimlərsə narazı qala bilər. Lakin işin ən gözəl tərəfi ondadır ki, İcra hakimiyyətinin başçısı hamını dinləyir, hamının dərdinə səlahiyyətləri çərçivəsində kömək edir. Buna ən bariz sübut Mirdamət müəllimin kəndlərdə keçirdiyi qəbullardır. Bu da çoxlarının xoşuna gəlmir və yalandan hansısa narazılıqlar uydurub mediaya ötürürlər və tirajlayırlar. Yenə təkrar edirəm, iş olan yerdə xətalarda ola bilər, lakin rəhbərin böyüklüyü və müdrüklüyü ondadır ki, o iş prosesundə bütün bu xətaları görür və düzəldir. Axı İsmayıllı böyük və gələcəyi parlaq olan bir rayondur. 80 000 yaxın əhalisi olan və 10-dan çox milləti özündə birləşdirən İsmayıllıda 125 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 139 şəhid ailəsi, 28 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 11 nəfər əməkdar müəllim, 12 nəfər “Tərəqqi”, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır. Onlar Midamət müəllimə etimad göstərirlər.
Bu yaxınlarda KİV-lərdə İsmayıllının kəndlərində məskunlaşmış Qərbi Azərbaycanlıların adından yayımlanan qeyri-obyektiv bir məlumat isə lap əndazəsini aşıb. Bəli, o kəndlərdə qaz yoxdur. Lakin İsmayıllı icra hakimiyyətinin səyi nəticəsində o kəndlərə qaz çəkilişi “ Azəriqaz” ın planına salınıb və bu kəndlər də qazlaşdırılacaq. Bunu İsmayıllıdan olan Qərbi Azərbaycan köçkünlərinin qəzetimizə ünvanlanan məktubunda onlar özləri də təsdiq edirlər.
Orda deyilən o yalan ifadəyə qalanda isə, İsmayıllıda yaşayan Qərbi Azərbaycanlıların köçkün nümayəndələri demişkən:
“Allahınız olsun sizin, day belə də olmaz axı......”
Çiçəklənən İsmayıllı şər böhtana təslim olmayacaq
Lakin bütün bu dedi-qodu və şər kompaniyasına baxmayaraq, İsmayıllıda dövlətin rayon camaatının qarşısına qoyduğu vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir və bütün bunlar artıq İsmayıllının geriyə yolu olmadığının, İsmayıllıda qanunların şah olduğunu sübut edir.
İsmayıllıda məskunlaşmış Qərbu Azərbaycanlıların etiraz məktubunu sizə təqdim edirik:
http://teref.info/daxili/71515-smayillida-meskunlashmish-qerbi-azerbaycan-kochkunleri-kv-lere-muraciet-etdiler-muracet.html
Ismayıllı və İsmayıllı rayon icra başçısı haqqında tirajlanan yalan məlumatların arxasında duran niyyətdə mıəlumdur. Turizm və kənd təsərrüfatı cənnəti olan bu diyarı yenidən çırkin əllərə keçirtmək və mafioz qanunlarla idarə etmək. Bir neçə nəfərin varlanması naminə xalqı yenidən heç də uzaq olmayan keçmişimizdə şahidi olduğumuz səfalətə və xaosa düçar etmək. Lakin gördüyümüz kimi Mirdamət müəllim öz doğma rayonunu bəzi mafioz klanların əski icra baçsının zəifliyindən istifadə edərək sürüklədiyi safələtdən müvəffəqiyətlə çıxartdığı kimi, ona qarşı aparılan bu şər böhtan kompaniyasına fikir verməyərək İsmayıllını çiçəklənən bir cənnət məkana çevirməkdə davam edir. Bu gün İlham Əliyev cıənablarının apardığı iqtisadi dircəliş kursu İsmayıllıda müvəffəqiyətlə həyata keçir və bunun qarşısını heç kim ala bilıməz. Qaldı qara qüvvələrin şikayət kimi mediaya ötürdüyü hakimiyyəti qaralama kompaniyasına, buna çiçəklənən İsmayıllı öz iqtisadi göstəriciləri ilə cavab verir. Bizdə İsmayıllı camaatına və onun RİH başçısına bu yolda uğurlar arzu edirik!!
P.S. Bir nüans diqqətimizi cəlb etdi, Mirdamət müəllimə qarşı aparılan bu qara kompaniyada üstünü toz basmış eyni ittihamlar səslənir. Hər halda bu da İsmayıllıda həqiqətən uğurlu sosial yüksəlişin bir işarəsidir ki, təzə heç bir neqativ tapılmadığından elə köhnə hava çalınır!!
Media dostlarıma isə bir tarixi cümləni xatırladıram: Platon mənim dostumdur, amma həqiqət daha qiymətlidir!
İsamyıllı – Bakı.
Atilla
Teref.info