>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Ölkəmizi tanıyaq” Tur-aksiya iştirakçıları yola salındı

“Ölkəmizi tanıyaq” Tur-aksiya iştirakçıları yola salındı
Teref.info - Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın səkkizinci mərhələsinə start verilib. 16 noyabr 2017-ci il tarixində 40 nəfər əlaçı şağirdin tur –aksiya çərçivəsində Quba-Qusar – Xaçmaz rayonlarına yola salınması mərasimi keçirildi. Yola salma mərasimində RİH başçısının müavinləri, məsul işçiləri, RTŞ-nin müdiri, rayon bələdiyyəsinin sədri, şəhər İƏD üzrə nümayəndə, məktəb direktorları, valideyinlər, mədəniyyət işçiləri və rayon ictimayətinin nümayəndələri iştirak edib. Yola salmadan əvvəl şagirdlər Ulu öndərin abidəsi önunə gül qoyub, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Şəhər 6 saylı tam orta məktəbin hazırladığı filyaşmob toplantı iştirakçılarına təqdim olunub. Məktəblilər böyük ruh yüksəkliyi ilə yola salınıb. Tur-aksiya iştirakçılarını rayon gənclər və idman idarəsinin təşkil etdiyi geniş tərkibli velosipedçilər qrupu müşayət edib. 6 saylı tam orta məktəbin şagirdi Şəfəq Qasımova və valideyin Pərvanə Piriyeva Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, bu qayğıya cavab olaraq daha əmərəli fəaliyyət göstərəcəklərini deyiblər.