>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ağ ölümün qara fəsadlarına qarşı mətbuatın və ictimayyətin etirazı-VİDEO+FOTO

Ağ ölümün qara fəsadlarına qarşı mətbuatın və ictimayyətin etirazı-VİDEO+FOTO
11 noyabr tarixində BakuPress Milli İnformasiya Agentliyi BMM-də "Ağ ölümün fəsadları" adlı mətbuat konfransı keçirdi.Konfransda bir çox aidiyyatı orqanlar rəsmi dəvət olunsada, heç biri iştirak etmədi.Bundan əlavə müəyyən ictimayi qurumlar və media nümayəndələri də iştirak etmədi.Suallarımız cavabsız qaldı.Amma bu suallarımız cavablanmıyınca bu həftə yenidən mətbuat konfransı keçriləcək.Cəmiyyətimizin narkomanya adlı kabusdan xilas etmək üçün hər birimiz bir olub sözümüzü deməliyik.Tək bir agentlik deyil, bütün ictimayyət və media nümayəndələri hamimiz bir olub bu məsələni gündəmə gətirməliyik.Apteklərdə psixotrop dərmanlarla gənclərimizi məhv edirlər.Suallar verək kimlərdir ölkədə bunlara şərait yaradan?Narkomaniya – bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil.
Ən qorxulu xəstəliklər mənbəyi - narkomaniya bataqlığında gənclərimizin batıb boğulmağına imkan verməyək! Konfransın təşkilatçısı BakuPress Milli İnformasiya Agentliyinin baş redaktoru araşdırmaçı jurnalist Şəfəq Ağacan və qonaqlar mövzunu müzakirə edib maraqlı çıxışlar etdilər.Cəmiyyətimizdə bu bəlanın niyə belə sürətlə yayılması haqqında suallar verə biləcəyimiz rəsmi qurumlar iştirak etmədiyi üçün konfrans iştirakçıları qərar verdilər ki,yenidən bu konfrans keçrilsin.Çünki bu bəlaya düçar olmuş insanları yalnız biz xilas edə bilərik.Gəncliyimizi məhvə aparan insanları hər birimiz ifşa etməliyik.Lev Tolstoy deyirdi: "Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır"Qoy vicdanı olanlar imkan verməsin bizim gənclik bu sağalmaz xəstəliyə düçar olsunlar.Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün Azərbaycanda durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Əfsuslar olsun ki, bu gün orqanizmində narkotik daşıyıcı olanların əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.Gəlin hamılıqla narkomanyaya yox deyək!Tədbirmizdə olan çixişların videoanonsunu sizə təqdim edirik:

Ağ ölümün qara fəsadlarına qarşı mətbuatın və ictimayyətin etirazı-VİDEO+FOTO
Ağ ölümün qara fəsadlarına qarşı mətbuatın və ictimayyətin etirazı-VİDEO+FOTO
Ağ ölümün qara fəsadlarına qarşı mətbuatın və ictimayyətin etirazı-VİDEO+FOTO
Ağ ölümün qara fəsadlarına qarşı mətbuatın və ictimayyətin etirazı-VİDEO+FOTO