>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur-aksiyada iştirak edəcəklər

Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur-aksiyada iştirak edəcəklər
Teref.info - Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərin «Ölkəmizi tanıyaq» devizi ilə maarifləndirici tur-aksiyaları təşkil olunmuşdur.
Bu tur aksiyalar qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əvəzsiz iz buraxmışdır. İştirakçıların bir çoxu ölkəmizin bölgələrində ilk dəfə olmuş və onlar evlərinə çox böyük təəssüratlarla qayıtmışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan 40 nəfər məktəbli növbəti dəfə səfərə yola düşəcəklər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 11-14 noyabr 2017-ci il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Lənkəran - Masallı - Astara rayonlarına səfər edəcəklər.
"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur –aksiyada iştirak edəcək Nəsimi rayon məktəbliləri ilə görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır.
Natiq bildirmişdir ki, tur aksiya zamanı məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.
Qeyd olunmuşdur ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən olan Quba və Şəki rayonlarında yay istirahət düşərgələri təşkil olunmuşdur.
«Ölkəmizi tanıyaq» tur aksiyası üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilmişdir. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur.
Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.
Tədbirdə Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan “Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə ifa edilmiş və Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə məktəblilərin iştirakı ilə çəkilmiş “Ölkəmizi tanıyaq” klipi tədbir iştirakçılarına təqdim olunmuşdur.
Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən valideyinlər və məktəblilər məktəblilərə - uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.
Tədbirin sonunda təşkil olunmuş konsert proqramı tədbir iştirakçılarında, valideynlərdə və məktəblilərdə xoş ovqat yaratmışdır. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.