>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Səbail və Nərimanov Rayon İcra Hakimiyyətləri üz-üzə

Səbail və Nərimanov Rayon İcra Hakimiyyətləri üz-üzə
Teref.info - Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin böyük bir istiqaməti ölkəmizdə sosial məsələlərin həllinə yönəldilmiş, idmana olan diqqət və qayğının artırılması ilə idmançılarımızin müxtəlif səviyyələrdəki qələbələrinin sayı xeyli artmışdır. Ölkədə tikilən Olimpiya Kompleksləri, İdman və Sağlamlıq Mərkəzlərinin sayı artdıqca yeniyetmə və gənclər arasinda idmanın müxtəlif növlərinə olan maraq artır, daha çox insan öz sağlamlıqlarını möhkəmlətmək, asudə vaxtından səmərəli keçirmək üçün bu idman qurğularından istifadə edir.
Ölkə başçısınin tapşırığı ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi layihə əsasında tikilmiş və cənab prezidentin iştirakı ilə bu ilin oktyabr ayının 28-də açılışı olmuş İdman və İstirahət parkı artıq nəinki rayon sakinləri, eləcə də şəhərimizin digər yerlərində yaşayanların sevimli istirahət yerinə çevrilməkdədir.
20-ci yaşayış sahəsi, Su İdmanı sarayı ilə üzbəüz 1,7 ha ərazidə yerləşən bu parkda 2 ədəd basketbol, 1 həndbol və mini fulbol meydançaları, açıq havada məşq etmək üçün müxtəlif idman trenajorları qurulub, bu meydançaların döşəməsinə xüsusi yumşaq materaillar vurulub.
Ekstremal idman növlərini sevən uşaq və yeniyetmələr üçün döşəməsinə xüsusi material vurulan skeytbordinq meydançası düzəldilib və gənc ekstremallar buraya gəlirlər.
Açıq havada stolüstü tennislə məşğul olmaq üçüq stollar qoyulub.Parkın böyük bir hissəsində müxtəlif idman trenajorları sakinlərin xüsusi marağına səbəb olub. Burada burada istər gənclər, istərsə də yaşlı nəsil nümayəndələri fəal məşq edirlər.
Yaxınlıqdaki məktəblərin kollektivləri bu parkda idmanın müxtəlif növləri üzrə yarışlara çıxırlar. Belə ki, burada basketbol, həndbol, voleybol, mini futbol və s. idman növləri üzrə yarışlar keçirməyə və məşq etməyə, ən əsası isə öz sağlamlıqlarını möhkəmləndirmək üçün idmanla məşğul olmağa hər cür şərait yaradılıb.
Dövlət Bayrağı günündə İdman və İstirahət parkinda təşkil olunan ilk idman yarışı paytaxt Bakı şəhərinin dostluq və əməkdaşlıq əlaqələrinin çox sıx olduğu Səbail və Nərimanov rayonlarının İcra Hakimiyyətləri Aparatlarının əməkdaşları arasinda keçirilən mini futbil üzrə yoldaşlıq görüşü olmuşdur. Gündəlik iş prossesində daima əlaqəli çalışan, paytaxtımızın sosial-iqtisadi inkişafına öz töhfələrini verən bu iki dost rayon arasında keçirilən yoldaşlıq oyununda rayon rəhbərləri, icra aparatlarının həm gənc, həm də veteran əməkdaşları iştirak etmiş, yekunda dostluq qələbə çalmışdır.
Gələcəkdə də rayonlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərən idmanın başqa növləri üzrə də yoldaşlıq yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur.
Səbail və Nərimanov Rayon İcra Hakimiyyətləri üz-üzə
Səbail və Nərimanov Rayon İcra Hakimiyyətləri üz-üzə
Səbail və Nərimanov Rayon İcra Hakimiyyətləri üz-üzə
Səbail və Nərimanov Rayon İcra Hakimiyyətləri üz-üzə
Səbail və Nərimanov Rayon İcra Hakimiyyətləri üz-üzə