>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Yeni xalça fabriki üçün kadrlar hazırlanır.

Yeni xalça fabriki üçün kadrlar hazırlanır.
Teref.info - Xalçaçılığın geniş miqyasda inkişafı, valyuta gətirən bir sahəyə çevrilməsi üçün Respublikada həyata keçirilən tədbirlər İsmayıllıda da müsbət əksini tapır.Şəhərin “Günəşli” qəsəbəsində 170 toxucu yeri olacaq xalça fabriki “Azərxalça” ASC tərəfindən inşa edilir. Burada işləmək üçün artıq kadr hazırlığına başlanmışdır.
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının təklifi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı ilə rayonda 2 aylıq xalçaçılıq kursu açılmışdır. İsmayıllı rayon Məşğulluq Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, “Xoşbəxt-X” kiçik müəssisəsi və 17 nəfər işaxtaran vətəndaşla dördtərəfli müqavilə bağlanmışdır. Kurs Peşə Tədris Mərkəzində fəaliyyətə başlamışdır. Kursa, əsasən, Qalacıq, İstisu, Qurbanəfəndi kəndlərindən, Lahıc qəsəbəsindən və rayon mərkəzindən Məşğulluq Mərkəzində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar cəlb olunmuşlar.
Bağlanmış müqaviləyə əsasən həmin müdavimlərin istehsalat təcrübəsi “Xoşbəxt-X” kiçik müəssisəsində keçiriləcəkdir. Müdavimlərə iki aylıq təqaüd və kursu bitirdikdən sonra xalçaçı peşəsi üzrə xüsusi şəhadətnamə veriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə rayonda tikilən yeni xalça fabrikində ilk növbədə bu kursu bitirəcək müdavimlər işlə təmin olunacaqlar
Yeni xalça fabriki üçün kadrlar hazırlanır.
Yeni xalça fabriki üçün kadrlar hazırlanır.