>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

«ABŞ nüvə silahını gizlədir!» – «The Washigton Post» qəzeti

«ABŞ nüvə silahını gizlədir!» – «The Washigton Post» qəzeti
Ağ ev Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüvə silahlarının vəziyyəti barədə faktları gizlədir. Bu barədə «The Washigton Post» qəzeti yazıb.
Xəbərə görə, bir sıra ekspertlər Pentaqon tərəfindən hazırlanmış «Nüvə siyasətinin şərhi» adlı sənədi tənqid edərək, bildirirlər ki, sənəddə ABŞ tərəfindən yaradılan yeni və qitələrarası ballistik raketlər kimi silahlar barədə sbhbət açılmır.
Tramp administrasiyasının məruzəsi fevralın əvvəlində dərc olunub. Məruzədə deyilir ki, Vaşinqton özünün nüvə silahı ehtiyatını ixtisar edir, amma bu zaman Moskva və Pxenyan nüvə sistemlərinin yaradılması imstiqamətində fəail iş aparırlar və hətta sahə üzrə ABŞ-ı qabaqlayırlar.
Sənədə bir cədvəl də əlavə olunur. O, Rusiyanın və Asiya ölkələrinin son 8 ildəki nailiyyətlərini əks etdirir. «Nüvə siyasətinin şərhi» yeni nüvə doktrinasını müəyyən edir. Doktrinaya görə, ABŞ-n nüvə silahlarının modernləşdiriməsi təklif olunur.
Nüvə silahları üzrə informasiya layihəsinin başçısı, ABŞ alimlər Federasiyasının üzvü, Hans Kristensen sözəgüdən qəzetə verdiyi müsahibədə danışıb ki, ABŞ yeni sistemləri silahlanmaya 1990-cı illərdə və 2000-ci illərin əvvələrində daxil etməyə başlayıb. Rusiyada isə modernləşdirmə bir qədər gec başlanıb.
Məruzədə 2010-cu il nüvə silahlarının inkişafı dinamikasının hesablanması üzrə başlanğıc nöqtə kimi qəbul edildiyi üçün, bu cür «sayma» hərbi sahənin real vəziyyətini gizlətməkdə Ağ evə imkan yaradır.
Bundan başqa, hazırlıq mərhələsində olan və hələlik silahlanmaya qəbul olunmamış ABŞ sistemləri cədvələ daxil edilməyib. Belə sistemlərə «B-21 Raider» bombardmançıları, «Kolumbia» sinifindən olan sualtı raket kreyserləri, uzaq məsafəli qitələrarası ballistik raketlər aiddir. Bu proqramın ümumi dəyəri 400 milyard dollar həcmində qiymətləndirilir.
Eyni zamanda Rusiya və Çinin silahları da təqdim olunur. Onlar mahiyyətcə, daha əvvəlki silahların modernləşdirilmiş versiyalardır. Amma modernləşdirmə prosesində yeni tip silahların yaradılmasına gətirib çıxaran ABŞ silahının bəzi tipləri cədvələ daxil edilməyib.
AzPolitika.info