>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Cümhuriyyətin ağır ordu xərcləri- Mehmandarovun maaş çabaları

Cümhuriyyətin ağır ordu xərcləri- Mehmandarovun maaş çabaları
Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi və 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili münasibətilə silsilə yazılarına davam edir.
Bildiyimiz kimi, Cümhuriyyət qurulan gündən ta sonuncu gününə qədər ən çox iş bəlkə də, hərbi nazirliyin üzərinə düşdü. Çünki yeni qurulan dövləti həm xarici istilalardan, həm də daxili çaxnaşmaardan qorumaq üçün ordu əsas məsələ sayılırdı.

Amma hansı ordu?! Çar Rusiyası müsəlmanları əsgər aparmadığından dövlətdə ordu anlayışı yox idi. Lakin çətinliklə də olsa, bu problem aradan qaldırıldı. Burada əsas yük iki şəxsin- generallar Səməd bəy Mehmandarovla Əliağa Şıxlinskinin çiyinlərinə düşdü.

Mehmandarovun Cümhuriyyət parlamentinin sayca 16-cı iclasında ordu məsələləri ilə bağlı etdiyi çıxışın burada rolu çox böyük oldu. Həmin çıxış mətnini maddələr əsasında, natiqin dil və üslubuna toxunmadan oxuculara təqdim edirik:

"Mən qabaqca parlamentdən üzr istəməliyəm ki, rusca danışacağam, çox utanıram ki, öz dilimi Məclisi-Məbusanda danışmaq qədər bilmədiyimdən rusca söyləməyə məcburam. Bu gün sizə təqdim olunan heyət və maaş miqdarı ən vacib olan əqsamindən tərtib verilmişdir. Bunu müzakirə edərkən şu ərz olunan mülahizələri də nəzərdə tutmalıdır ki;

1.Cəbhədə bulunmuş bütün zabitan ordu tərəfindən onlara verilmiş əşya, yer və başqa ləvazimati-hərbiyyə deyil, kəndi əşyalarını dəxi tamamən qeyb etmişlər. Bu qism şeyləri yenidən düzəltmək üçün bir manatlıq nəsnəyə 3-dan 100 manata qədər pul verilməlidir;

2.Hamıya ağır bir təsir edən bahalıq ziyadəsincə zabitana sui-təsir etməkdədir. Ailələrindən uzaq düşüb, kənd və kəsəklərdə yaşamağa məcbur olan zabitan iki ev məsarifi təyini məcburiyyətindədirlər;

3- Əsgərə təlim və ölümə kimi varmağa hazırlıq tərbiyəsi üçün dəvət olunmuş zabitan əsgər nəzərində sahibi-nüfuz və şərəf olmalıdır. Bunun üçün zəbitan yalnız mərifət cəhətincə deyil, zahirən dəxi əsgərə hüsnitəsir bəxş olmalıdır. Onun əlbəsəsi daima təmiz və faxir olması vacibdir. Zabitan əlbəsəsi üçün nə qədər bahalı şeylər gərək olduğu hamının məlumudur;

4- Azərbaycanın iqtidarlı və təcürbəli zabitanə ehtiyacı ziyadədir. Müstəqil yaşayan millət ordusuna rus ordusunda məmuriyyətdə bulunmuş yabançı millətlərdən zabitan dəvəti məcburiyyətindəyiz. Bu xüsusda olduqca diqqətli intixab lazımdır. Əsgərlərin ədəmi-mövcudiyyətini və əsgərlik tərbiyəsi görməmiş əhalidən əsgər toplanmasını nəzərə alırsaq, yeni ordu təşkilatı üçün ən təcrübəli və iqtidarlı zabitan lüzumiyyəti icab edər və bu növ iqtidarlı və zabitan lüzumiyyəti [308 - 309] icab edər hər bir hökumət dairəsində artıq maaşlar məmuriyyət mümkün olduğu üçün bunları hərbiyyə məmuriyyətinə gətirmək və gətirəndə saxlamaq üçün artıcıq maaş ilə maraqlandırmaq vacib olacaq;

5- Əski müsəlman ərkani-hərbiyyə tərəfindən əski qərar üzrə zabitanə 5 aydan bəri verilən maaş sentyabr ayında artıq görünürdü isə hal-hazırda zabitanın zəruri ehtiyaçatının güc ilə təmin edə bilir. Xırda zabitan üçün isə heç vəch ilə bu maaş kafi olamaz. hal-hazırda qiymətlərin anbaan təzayüd etdiyində bu yaxın vaxtda maaşların azalması deyil, bəlkə artması məsləsinin qalxması mütəhəmmildir;

6- Maaş alanlara maaşın azlığı daima sui-təsir etməkdədir və şübhə yox ki, keçirdiyimiz vəziyyət nəticəsində əhalinin tərəddüdi və qarşığı dəxi az maaş alanların fəaliyyətinə dəxi sui-təsir edəcək;

7- Zabitanın fəaliyyəti hərb zamanında deyil, təbii halda dəxi ağır bir vəziyyət içərisində keçir. Əsgər ovqat nasalim məhəllələrdə, bəzən (manevra zamanları) açıq havada qar və yağmura baxmayaraq bəzən ac və susuz yaşamaya məcbur olan zabitan vətən üçün afiyətləri deyil, canlarını belə qurban edir. Bu da yalnız əsnayi hərbidə deyil, əksərən təbii bir zamanda dəxi belədir; şimdiki halda əhalinin həyəcanına səbəb olan əsassız şayiələr nəticəsində əksər ovqat düçari bəla olanlar zabitandır. Xəta onların həyati-bəşəriyyəsinə olmasa da, onların sərbəst dolanmasına olur.